İdman
Bu ərəb ölkəsi İnfantinonu dəstəklədi
Qətər Futbol Federasiyasının prezidenti Həməd bin Xəlifə bin Əhməd Əl-Tani FİFA prezidenti Canni İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifini geri götürmək qərarını dəstəkləyib.
Publika.az xəbər verir ki, daha əvvəl UEFA və onun 55 milli assosiasiyasının hamısı yekdilliklə bütün FİFA yarışlarının (kişi və qadınlar arasında Dünya Kubokları da daxil olmaqla) tamamilə boykot edilməsinə səs vermişdi. Bu radikal qərar, İnfantinonun Dünya Kuboklarının kommersiya hüquqlarının idarə olunmasına özəl investorları cəlb etmək planlarına cavab olaraq Avropa futbol idarəetmə orqanının təcili iclasında qəbul edildi. Daha sonra Asiya Futbol Konfederasiyası və KONKAKAF da bu məsələyə qoşuldu.
Qətər Futbol Federasiyasının prezidenti açıqlamasında bildirib:
“FİFA prezidenti Canni İnfantinonun qlobal futbol ictimaiyyətinin maraqları naminə “FIFA Forward Enterprise” təklifini geri götürmək qərarını alqışlayırıq . Təklifin öz üstünlükləri olsa da, FİFA-nın üzv assosiasiyaları arasında birliyə üstünlük vermək qərarının müdrikliyini təqdir edirik.
Qətər Futbol Federasiyası Prezident İnfantinonun dünya miqyasında futbolun daha da inkişaf etdirilməsi və gücləndirilməsi səylərini tam dəstəkləyir”.
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?
-
Nəqliyyat08:24Bakıda yağışlı günün mənzərəsi: bu küçələrdə tıxac var - Siyahı/Foto
-
Qoroskop01:20Günün ulduz falı: bunları etmək sizə mənəvi rahatlıq gətirəcək
-
Magazin17 Sentyabr 22:18“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - Özü açıqladı
-
İdman7 Sentyabr 20:48Neymar, Messi və Suares yenidən bir komandada? - MSN planı gündəmdə























.jpg)


.jpg)




.png)





