İdman
Onlar birləşdilər: İnfantino getməsə, FİFA-nı iflic edəcəklər
Bir sıra qitə futbol konfederasiyaları Canni İnfantinonun FİFA prezidenti vəzifəsindən istefa verməsini tələb etmək niyyətindədir.
Publika.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA), Asiya Futbol Konfederasiyasının (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) rəhbərləri İnfantino istefa verməyəcəyi və yenidən prezidentliyə namizəd olacağı halda FİFA-nı “iflic etmək” üçün bir sıra strategiyalar hazırlayıblar.
İddia olunur ki, isveçrəlilərin rəqibləri FİFA Şurasının iclaslarını və komitələrini boykot etməyə hazırdırlar və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının qərarlarını təsdiqləməkdən imtina edə bilərlər. Bundan əlavə, alternativ beynəlxalq yarışların yaradılması ehtimalı nəzərdən keçirilir. UEFA-nın artıq 2017-ci ildə təşkilatın tələbi ilə hazırlanmış qlobal Millətlər Liqası layihəsi var, lakin bu layihə hələ də həyata keçirilməyib.
Bir mənbə bildirib: “Hamı onun getməsini qəti şəkildə tələb edir və əgər bu baş verməsə, biz bütün lazımi addımları atacağıq. Bu, gələcək beynəlxalq yarışlara da aiddir. Cənubi Amerika komandaları kiminlə oynamağı üstün tutardılar – Fransa və İspaniya, yoxsa Livan və ya Cibuti? Hamı çox qətiyyətlidir, indi geri addım yoxdur”.
Müəllif: Tural
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq















.jpg)
.jpg)




.jpg)














