İdman
DÇ-2026-dan sonra daha bir millidə baş məşqçi istefası
Vladimir Petkoviç və məşqçilər heyəti 2026-cı il Dünya Kubokundan sonra Əlcəzair milli komandasını tərk edib.
Publika.az xəbər verir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.
Dünya Kubokunda 62 yaşlı məşqçinin rəhbərlik etdiyi Afrika komandası Argentina, Avstriya və İordaniyanın yer aldığı J qrupunda üçüncü yeri tutub və pley-offa yüksəlib.
1/16 finalda Əlcəzairlilər İsveçrəyə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Petkoviç Əlcəzair millisinə 29 fevral 2024-cü ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 33 oyun keçirib, 23 qələbə qazanıb, beş heç-heçə edib və beşində məğlub olub.
Maraqlıdır ki, turnir başlamazdan əvvəl tərəflər 2028-ci ilin iyul ayının sonuna qədər yeni müqavilə barədə razılığa gəliblər. Lakin 2026-cı il Dünya Kubokundan sonra qarşılıqlı razılıq əsasında tərəfdaşlığı dayandırıblar.
Xatırladaq ki daha əvvəl DÇ-2026-dan sonra Belçika, Seneqal, Xorvatiya, Meksika, Portuqaliya, Qana, Tunis, Almaniya, Ekvador, Niderland, Çexiya, Cənubi Koreya, Şotlandiya və Fransa milli komandaları məşqçilərinin istefasını elan etmişdilər.
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq















.jpg)
.jpg)




.jpg)














