İdman
“Azarkeşlər bu barədə narahat olmamalıdırlar..." - Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubda qalmaq istədiyini və yeni müqavilənin problem yaratmamalı olduğunu, buna görə də azarkeşlərin vəziyyətlə bağlı narahat olmağa heç bir səbəbinin olmamalı olduğunu bildirib.
Publika.az xəbər verir ki, onun sözlərini “Sky Sports” yayıb.
“Azarkeşlər bu barədə narahat olmamalıdırlar, çünki mən burada qalmaq istəyirəm. Birlikdə çalışdığım insanlarla işləmək imkanına görə son dərəcə xoşbəxtəm və çox minnətdaram. Fürsətimiz olanda bunu anlayacağıq. Vəssalam.
Hamı müqavilə şərtlərinin problem yaratmayacağına əmindir, çünki mən mütləq burada qalmaq istəyirəm və burada çox xoşbəxtəm. Klubun da hisslərimi bölüşdüyünü hiss edirəm. Buna görə də hamı bu qədər təbii davranır”, – Arteta deyib.
Xatırladaq ki, Arteta 2019-cu ilin dekabr ayında “topçular”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Bu müddət ərzində komanda 352 oyun keçirib (217 qələbə, 60 heç-heçə, 75 məğlubiyyət), İngiltərə çempionu olub (25/26) və FA Kubokunu başı üzərinə qaldırıb (19/20).
-
Nəqliyyat19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi







































