İdman
FİFA Misir yığmasının 3 üzvünə qarşı iş açdı
FİFA Misir milli komandasının üç üzvünə – baş məşqçi Hossam Hassan, komanda meneceri İbrahim Hassan və hücumçu Mustafa Zikoya qarşı intizam işi açıb.
Publika.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbol qurumu açıqlamasında bütün FİFA qaydalarına hörmət etsə də, komandasının nümayəndələrini qoruyacağını qeyd edib.
“Assosiasiya FİFA-nın qaydalarına və prosedurlarına hörmət etdiyini təsdiqləyir. Lazımi cavablar və hüquqi sənədlər müəyyən edilmiş müddətlər ərzində təqdim ediləcək. Assosiasiya həmçinin proseslərdə iştirak edən şəxslərə və rəsmi kanallar vasitəsilə Misir futbolunun hüquqlarının qorunmasına dəstəyini təsdiqləyir.
Bundan əlavə, assosiasiya ədalətli oyun prinsiplərinə və yarış təşkilatçılarına hörmətini vurğulayır və məşqçilər heyətinin, oyunçuların maraqlarını müvafiq FİFA qurumları qarşısında müdafiə etmək hüququnu özündə saxlayır”, – deyə təşkilatın açıqlamasında bildirilir.
Xatırladaq ki, “Fironlar” 1/8 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdılar.
Hossam Həsən və Mustafa Ziko həmin matçda hakimin işini açıq şəkildə tənqid etmişdi.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































