İdman
Qurban Qurbanov: “Sabah” çox böyük uğur əldə edib
“Sabah”ı təbrik edirəm, çox böyük uğur əldə etdilər. Çempionlar Liqasının oyunları yenidən Bakıda keçiriləcək. Bu, çox xoş oldu”.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə Bakıda keçiriləcək cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında deyib.
Qurbanov oyunöncəsi hazırlıqları belə dəyərləndirib:
“Bizim üçün çox vacib oyundur. Baxımlı komandaya qarşı oynayırıq. İnanıram ki, çox maraqlı oyun olacaq. Hər iki komanda tərəfindən çox sayda gedişlər olacaq. Bəlkə də, hazır olmadığımız və ya onların hazır olmadığı gedişlər olacaq. Son şansımızdır. Çalışacağıq ki, bu şansı maksimum dəyərləndirək, azarkeşlərimizi sevindirək. Hazırlığımız pis keçməyib”.
Qeyd edək ki, bu cütlük arasında keçirilən ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi




































