İdman
Söhbət pulda deyil, ləyaqətdədir - “Atletiko” nöqtəni qoydu
“Atletiko Madrid” kataloniyalıların və oyunçunun özünün istəklərinə baxmayaraq, Xulian Alvaresi “Barselona”ya satmayacaq.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Hindular” növbəti dəfə hücumçusunu La Liqadakı rəqiblərinə buraxmaqdan imtina edib. Bu, “Blaugrana”nın prezidenti Joan Laportanın argentinalı oyunçu ilə maraqlanmağa davam etdiyini və əvvəlki 100 milyon avroluq təklifinin hələ də müzakirədə olduğunu açıqlamasından sonra baş verib.
Madrid klubu bildirib ki, bu, maliyyə məsələsi deyil, nüfuz məsələsidir və buna görə də transfer mütləq müzakirə mövzusu deyil:
“Söhbət puldan getmir, ləyaqətdən gedir. Oyunçu qurban olur, amma Xulianın işində yeganə qurbanlar bizik. Onlar bizə iqtisadi və sosial ziyan vurublar.
Onu “Barselona”ya satmaq ehtimalı 0% -dir. Çoxsaylı yalanlar və yarımhəqiqətlər yayan kampaniya davam edir. Bunun bədəlini ödəyən isə “Atletiko”dur”, – deyə bəyanatda bildirilir.
“Arsenal” da Alvareslə maraqlanır. Lakin hücumçu “Barselona”ya keçməkdə israr edir və məşqləri boykot edə bilər.
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi













.jpg)





.jpg)

















