İdman
Ukrayna və Polşa DÇ üçün birləşir - Boş yer axtarılır
Ukrayna və Polşa 2042 və ya 2046-cı illərdə futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək üçün mümkün namizədliyi nəzərdən keçirirlər.
Publika.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri Matvey Bednıy və Polşa mənbələri məlumat verib.
Matvey Bednıy bildirib ki, turnirin keçirilməsi üçün ən yaxın boş pəncərə 2040-cı illərə təsadüf edir. Buna görə də mümkün namizədliyə hazırlığa indidən başlamaq lazımdır. Nazir xatırladıb ki, Ukrayna və Polşa daha əvvəl 2012-ci ildə futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi ediblər.
Bununla belə, hələlik rəsmi namizədlik müraciəti yoxdur. Bednıyın sözlərinə görə, belə bir təşəbbüs idman ictimaiyyəti və ya futbol federasiyalarından gəlməlidir. Polşalı mənbə isə dünya çempionatının birgə keçirilməsi imkanının Qdanskda Ukraynanın bərpasına həsr olunmuş konfransda da müzakirə edildiyini bildirib.
Qeyd edək ki, futbol üzrə 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə, 2034-cü il mundialı isə Səudiyyə Ərəbistanında keçiriləcək. 2038-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkə və ya ölkələr hələ müəyyənləşmədiyindən Ukrayna və Polşa daha uzaq perspektivə yönəlib.
Müəllif: Adəm
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar







































