İdman
Yeni müqavilə hazırlanır: "Barselona" Həmzə ilə danışıqlara başladı
“Barselona” mövsümün əvvəlində diqqət çəkən 19 yaşlı misirli hücumçu Həmzə Əbdülkərimlə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
Publika.az xəbər verir ki, “SPORT”un məlumatına görə, klub iki gün əvvəl oyunçunun agenti Kristian Emil ilə klubun məşq meydançasında görüşüb. Tərəflər yeni müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar və danışıqlar uğurla davam edir.
“Barselona”nın əsas məqsədi Əbdülkərimlə müqavilənin müddətini 15 milyon avrodan 150 milyon avroya qaldırmaqdır. Klub skaut proqramının ən böyük uğurlarından biri hesab etdiyi oyunçunu qorumaq istəyir.
Əbdülkərim Misirin “Əl-Əhli” klubundan 1,5 milyon avroya transfer olunub. O, mövsümöncəsi məşqlərdə dörd qol vuraraq “Barselona”nın ən çox qol vuran oyunçusu olub. Klub həmçinin onun iş etikasını və komandadakı irəliləyişini də tərifləyib.
“Barselona” 6 milyon avroluq sərbəst qalma bəndini ödədikdən sonra klubdan ayrılan Pedro Fernandesin vəziyyətinə bənzər bir vəziyyətin yaşanmaması üçün mümkün qədər tez yeni müqavilə barədə razılığa gəlmək istəyir.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar







































