İdman
Daha bir ölkə İnfantinoya qarşı çıxdı
Fransa Futbol Federasiyası (FFF) təşkilatın rəhbəri vəzifəsinə qarşıdan gələn seçkilərdə hazırkı FİFA prezidenti Canni İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edəcək.
Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, qərar federasiyanın icraiyyə komitəsinin iclasından sonra, 10 sentyabr, cümə axşamı günü günortadan sonra açıqlanacaq.
İnfantino əvvəllər Dünya Kuboku üçün özəl investisiya cəlb etmək planlarını açıqladıqdan sonra tənqid atəşinə tutulmuşdu. UEFA, Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) təklifi rədd etmişdi.
Daha sonra məlum oldu ki, UEFA İnfantinoya qarşı Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdi ilə əlaqədar cinayət işi açmağa hazırlaşır .
İnfantino 26 fevral 2016-cı ildən FİFA prezidenti vəzifəsində çalışır. Növbəti prezident seçkiləri 2027-ci ilin aprelində Mərakeşdə keçiriləcək.
Müəllif: Tural
-
İdman18:10Azərbaycan Litvaya qarşı: ikinci hissə başladı - CANLI/YENİLƏNİR
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
































.jpg)