İdman
İdarəetmədə böhran – Qrospiron istefa verir
2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri Edqar Qrospiron idarəetmə problemləri səbəbindən vəzifəsindən istefa vermək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq onun gediş şərtlərini müzakirə edirlər. Qrospironun bu gün – 10 sentyabrda vəzifəsindən ayrılacağı gözlənilir. O, 18 ay müddətində baş direktor vəzifəsini icra edib.
Nəşrin məlumatına görə, 57 yaşlı funksionerin rəhbərliyi layihənin idarə olunması ilə bağlı davamlı mübahisələrdən əziyyət çəkirdi. Xüsusilə, builki Olimpiada zamanı Qrospironun işdən çıxarılma ehtimalı müzakirə olunub.
Öz növbəsində, Fransa hökuməti və Fransa Olimpiya və Paralimpiya qurumları BOK-a (Beynəlxalq Olimpiya Komitəsi) Qrosspironun rəhbərliyinə inamlarını itirdiklərini bildirdilər.
57 yaşlı fransızın rəhbərliyi dövründə ortaya çıxan problemlərdən biri qış idman yarışlarının Nitsadan Liona keçirilməsi idi.
Qeyd etmək lazımdır ki, Edqar Qrospiron idmançı karyerası ərzində üç dəfə fristayl üzrə dünya çempionu olub və 1992-ci ildə Fransanın Albertvil şəhərində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, 2030-cu il Qış Olimpiya Oyunları 8 fevralda başlayacaq və 24 fevralda başa çatacaq. Paralimpiya Oyunları 1-10 mart tarixlərində keçiriləcək.
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
























.jpg)







.jpg)



