ABŞ
Nevadada gizli nüvə sınağı simulyasiya edildi
ABŞ-ın Nevada səhrasındakı poliqonunda gizli nüvə sınaqlarının aşkarlanması üsullarını sınaqdan keçirmək məqsədilə yeraltı partlayış həyata keçirilib.
Publika.az xəbər verirki, bu barədə ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Nüvə Təhlükəsizliyi Administrasiyası rəhbərinin müavini Metyu Napoli məlumat verib.
Alimin sözlərinə görə, partlayıcı qurğu təxminən 300 metr dərinlikdə partladılıb. Beləliklə, mütəxəssislər ABŞ-ın sistemlərini dünyada gizli nüvə sınaqlarını dəqiq müəyyənləşdirməyə uyğunlaşdırmaq üçün seysmik dalğanın zəiflədilməsi üsulunu imitasiya ediblər.
Bundan əvvəl ABŞ-ın müharibə naziri Pit Heqset Nümayəndələr Palatasının müvafiq komitəsində keçirilən dinləmələrdə Pentaqonun ölkənin nüvə triadasını modernləşdirmək məqsədilə nüvə silahlarının, eləcə də nüvə başlıqları daşıyan döyüş sursatlarının çatdırılma sistemlərinin sınaqlarını keçirməyi planlaşdırdığını bəyan etmişdi.
Onun rəhbərlik etdiyi qurum 2027-ci ildə ABŞ-ın nüvə kompleksinin maliyyələşdirilməsi üçün büdcənin artırılmasını xahiş edib. Müvafiq sənəddə qeyd olunurdu ki, bu tədbir Vaşinqtona strateji rəqiblərin qarşısını almağa və ölkənin milli maraqlarını qorumağa bundan sonra da zəmanət verməyə imkan yaradacaq.
Hüseyn İbadlı
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz












.jpg)



.jpg)














