Dambrauskas: "Bu məğlubiyyət böyük təcrübədir"
Bizi izləyin

İdman

Dambrauskas: "Bu məğlubiyyət böyük təcrübədir"

Dambrauskas: "Bu məğlubiyyət böyük təcrübədir"

"Sabah"ın "Mançester Yunayted" komandasına məğlubiyyəti böyük təcrübə deməkdir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Mançester Yunayted"lə (İngiltərə) I tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur. Buna görə də "Old Trafford"da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir. Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. "Mançester Yunayted" bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı "qırmızı şeytanlar"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm