İdman
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
Son 10 ildə UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb.
Publika.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıda Azərbaycanın iki təmsilçisi yer alıb.
“Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində debüt edərkən komandanın heyətinin ümumi dəyəri 17.3 milyon avro olub. Ağdam təmsilçisi bu göstərici ilə dördüncü pillədə qərarlaşıb. Cari mövsümdə tarixində ilk dəfə turnirin liqa mərhələsində mübarizə aparan “Sabah” isə 19 milyon avroluq heyət dəyəri ilə beşinci sırada yer alıb.
Siyahıya 2021/22 mövsümündə 12.3 milyon avroluq heyətlə Moldova “Şerif”i başçılıq edir. Qazaxıstanın “Kayrat”ı 12.8 milyon avro ilə ikinci, Sloveniyanın “Maribor”u isə 13.9 milyon avro ilə üçüncü sıradadır.
İlk 10-luq belədir:
1. “Şerif” (Moldova, 2021/22) – 12.3 milyon avro;
2. “Kayrat” (Qazaxıstan, 2025/26) – 12.8 milyon avro;
3. “Maribor” (Sloveniya, 2017/18) – 13.9 milyon avro;
4. “Qarabağ” (Azərbaycan, 2017/18) – 17.3 milyon avro;
5. “Sabah” (Azərbaycan, 2026/27) – 19 milyon avro;
6. “Nikosia” (Kipr, 2017/18) – 19.3 milyon avro;
7. “Makkabi Hayfa” (İsrail, 2022/23) – 20.3 milyon avro;
8. “Slovan” (Bratislava, Slovakiya, 2024/25) – 20.9 milyon avro;
9. “Pafos” (Kipr, 2025/26) – 22.7 milyon avro;
10. “Ferentsvaroş” (Macarıstan, 2020/21) – 24.7 milyon avro.
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ


















.jpg)















