İdman
Arda Gülər Mourinyonu etirafa məcbur etdi - 23 dəqiqə hər şeyi dəyişdi
Arda Gülər “Real Madrid”in “Rayo Valyekano” ilə oyununda cəmi 23 dəqiqə meydanda qalmasına baxmayaraq, komandanın oyununa ciddi təsir göstərib. Türk futbolçunun çıxışı baş məşqçi Joze Mourinyonu da onun təsirini etiraf etməyə məcbur edib.
Publika.az xəbər verir ki, “Real Madrid” qarşılaşmanın ilk hissəsində üstün oyun nümayiş etdirsə də, fasilədən sonra təşəbbüsü müəyyən qədər rəqibə verib. “Rayo Valyekano”nun hücumları artdığı bir vaxtda 72-ci dəqiqədə Arda Gülər meydana daxil olub.
Türkiyəli futbolçunun oyuna qoşulması ilə Madrid təmsilçisinin hücumları yenidən canlanıb. Gülər topa nəzarət, dar sahədə hərəkət və təhlükəli ötürmələri ilə komandasının hücumlarının əsas fiqurlarından birinə çevrilib.
23 dəqiqə ərzində beş qol vəziyyəti yaradan futbolçu bunların ikisində ciddi təhlükə yaradıb. O, həmçinin beş dəfə orta cəhd edib, hücumun son üçdəbirində 12 dəqiq ötürmə verib və iki uğurlu driblinq edib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində isə komandasının dördüncü qoluna məhsuldar ötürmə ilə töhfə verib.
Matçdan sonra Joze Mourinyoya Arda Gülərin meydana daxil olmasından sonra komandanın daha yaxşı oynayıb-oynamadığı sual verilib. Portuqaliyalı mütəxəssis tərəddüd etmədən “Razıyam” cavabını verib.
Mourinyo Güləri böyük istedada malik futbolçu kimi xarakterizə edib və onun meydana daxil olduqdan sonra oyunun səviyyəsini dəyişdirdiyini bildirib. Bununla yanaşı, baş məşqçi komanda daxilindəki rəqabətə də diqqət çəkərək digər futbolçuların da öz şansını gözlədiyini vurğulayıb.
Arda Gülərin mövsümün əvvəlindən etibarən statistik göstəriciləri də diqqət çəkir. Türkiyəli yarımmüdafiəçi 24 qol vəziyyəti yaradaraq La Liqada bu göstərici üzrə liderdir. İkinci pillədə 18 vəziyyətlə “Barselona”nın futbolçusu Lamin Yamal qərarlaşıb. Gülər həmçinin altı real qol şansı yaradaraq bu kateqoriyada da çempionatın ən yaxşı göstəricisinə sahibdir.
Futbolçunun başqa bir diqqətçəkən göstəricisi isə müdafiə fəaliyyətidir. O, hücumun son üçdəbirində beş dəfə top qazanıb.
Arda Gülərin artan təsiri onun klubdakı gələcəyinə dair planları da sürətləndirib. “AS”ın məlumatına görə, hazırda 2029-cu ilə qədər müqaviləsi olan futbolçu ilə yeni sözləşmə üçün danışıqlara başlanılıb. Madrid klubunun müqaviləni 2031-ci ilə qədər uzatmaq niyyətində olduğu bildirilir.
Yeni anlaşmada Gülərin maaşının da artırılması gözlənilir. Klub 21 yaşlı futbolçunun gələcəkdə əsas oyunçulardan birinə çevriləcəyinə inanır.
Gülərin hazırkı bazar dəyərinin təxminən 90 milyon avro olduğu bildirilir. Maraqlıdır ki, futbolçu buna baxmayaraq “Real Madrid”də orta hesabla bir oyunda təxminən 45 dəqiqə meydanda qalır.
Lakin onun son çıxışları baş məşqçinin qarşısında yeni sual yaradıb. Arda Gülər artıq yalnız ehtiyatdan meydana daxil olaraq fərq yaradan futbolçu deyil. Onun qısa müddətdə oyunun gedişatını dəyişməsi əsas heyətdə daha çox şans qazanması məsələsini gündəmə gətirir.
“Rayo Valyekano” ilə oyundakı 23 dəqiqə də bunu bir daha göstərdi: Gülərin meydanda olması “Real Madrid”in hücum keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və Mourinyonun qarşıdakı oyunlarda onun rolunu necə müəyyənləşdirəcəyi artıq daha böyük maraq doğurur.
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO

















.jpg)
















