İdman
İki dəfə Əli ilə döyüşmüşdü - Əfsanəvi boksçu öldü
Sentyabrın 12-də əfsanəvi boksçu, beşqat Kanada çempionu Corc Çuvalo vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Peşəkar karyerası ərzində Çuvalo 73 qələbə qazanıb(64-ü nokautla), 18 dəfə məğlub olub və iki döyüş heç-heçə başa çatıb.
O, son peşəkar döyüşünü 1978-ci ildə keçirərək Corc Jeromu üçüncü raundda nokautla məğlub edib. Onun ən əfsanəvi iki döyüşü Məhəmməd Əli ilə olub.
Onların ilk qarşılaşması 1966-cı ildə baş tutub və Əli qərarla qalib gəlib.
Boksçular 1972-ci ildə eyni rinqdə ikinci dəfə qarşılaşıblar. Məhəmməd yenidən qərarla qələbəni qeyd edib. Çuvalo həmçinin Corc Forman və Co Freyzerlə döyüşüb və hər ikisinə uduzub.
Qeyd etmək lazımdır ki, boks karyerasından sonra Çuvalo narkotik əleyhinə maarifləndirmə və ruhi sağlamlıq məsələlərini müdafiə edən natiq oldu.
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO

















.jpg)
















