Avropa
İsrail Kallası boykot edir: Aİ-də diplomatik böhran dərinləşir
İsrail Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa əlaqələri dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saarın nümayəndəsinin sözlərinə görə, əlaqələrin dayandırılması qərarı qüvvədə qalır və yalnız Kallasın qərarlarına şamil olunur.
“İsrail Aİ institutları və üzv dövlətlərlə konstruktiv əməkdaşlığını davam etdirir. Nazir Saar Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və digər Avropa rəsmiləri ilə möhkəm və sıx əlaqələr saxlayır”, - deyə nümayəndə bildirib.
Nəşrin məlumatına görə, Kallasla İsrail arasında əlaqə kanalı iyun ayında baş verən açıq mübahisədən sonra bağlanıb. Münasibətlərin gərginləşməsinə Kallasın İsrailin fələstinlilərlə rəftarını Cənubi Afrikadakı aparteid rejimi (irqi seqreqasiya və ayrı-seçkiliyə əsaslanan sistem) ilə müqayisə etməsi barədə yayılan məlumatlar səbəb olub.
Saar avropalı diplomatın bu sözlərini geri götürənədək onunla bütün əlaqələri dayandırdığını bəyan edib.
Kallasın tərəfdarları isə bildiriblər ki, münasibətlərdəki gərginliyin digər səbəblərindən biri 2025-ci ildə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Aİ ilə İsrail arasında Assosiasiya Sazişinin qismən dayandırılması və İsrail universitetlərinə Avropa maliyyə dəstəyinin məhdudlaşdırılması təklifidir.
Avropa diplomatiyasının rəhbərinin tərəfdarları hesab edirlər ki, Kallasın İsraillə münasibətlərində gərginliyin yaranması təbiidir. Çünki onun vəzifəsi İsrailin Qəzza zolağındakı siyasətini tənqid edən bir çox Aİ ölkəsinin maraqlarını təmsil etməyi də nəzərdə tutur.
Qeyd edək ki, bu vəziyyət beynəlxalq arenada Avropa İttifaqını kimin təmsil etməsi məsələsini gündəmə gətirir. Belə ki, Ukrayna ilə bağlı danışıqlarda da oxşar problem yaşanıb: Avropa liderləri sülh nizamlanması üzrə danışıqlar qrupuna Kallası daxil etməyiblər.
Avropa Parlamentinin liberal fraksiyasından olan deputat, İnkişaf Komitəsinin sədri Barri Endryus bildirib ki, İsrailin Aİ-nin ali nümayəndəsini faktiki olaraq dialoqdan kənarlaşdırmasına göz yumulması və Yaxın Şərq üzrə əməkdaşlığın Aİ müqavilələrinə, eləcə də beynəlxalq hüquq normalarına uyğun qurulmaması Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin dəstəyi ilə baş verir.
Onun sözlərinə görə, bu yanaşma Avropa İttifaqının mühüm qlobal aktor kimi nüfuzunun zəifləməsinə səbəb olur.
Müəllif: Valeh
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR








































