İdman
“Kralın uşaqları” “şaxta”dan salamat çıxdı - VİDEO
Çempionlar Liqasında 1/8 final mərhələsinin dörd oyunu geridə qaldı.
Publika.az xəbər verir ki, ilk oyun günündəki iki heç-heçədən sonra dünən keçirilən iki qarşılaşmadan birində də “sülh” qeydə alındı.
Turnirin son qalibi “Real” səfərdə “Şalke” ilə qarşılaşıb. Ötən il bu komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə Madrid klubu 9:2 hesabıyla üstün olmuşdu. Bu dəfə də İspaniya təmsilçisi matçın favoriti hesab olunurdu. Gözlənildiyi kimi görüş “Real”ın qələbəsi ilə nətiəcələnib – 2:0. Hesabı açan Ronaldo avrokuboklarda 76-cı qolunu vurub və bu göstəricidə Messi və Raula çatıb.
Darmadağın olmasa da, səfərdə qazanılan qələbədən sonra “Kral klubu”nu 1/4 finalın ilk iştirakçısı saymaq olar. “Şaxtaçılar”ın “Santyaqo Bernabeu”da 3 qol vuracağı inandırıcı görünmür. Turnirdə ardıcıl 10-cu qələbəsini qazanan “Real” “Bavariya”nın 2013-cü ildəki rekordunu təkrarlayıb. Madridlilər sonuncu dəfə ötən mövsüm 1/4 finalda Dortmund “Borussiya”sına uduzub (0:2). İndi Karlo Ançelottinin yetirmələri yeni rekorda çox yaxındır. Bunun üçün “Şalke”ni cavab oyununda da yenmək lazımdır ki, bu da çətin iş sayılmamalıdır.
“Portu” İsveçrədə “Bazel”in qonağı olub. Gücü bərabər dəyərləndirilən bu komandalardan hər biri növbəti mərhələyə çıxmağa qadirdir. Odur ki, ilk oyunda çox şeyə aydınlıq gələ bilərdi. Amma gəlmədi. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Gərgin keçən oyunda matçın baş hakimi Mark Klattenburq 9 dəfə əlini cibinə saldı. Qonaqların aşkar üstünlüyünə baxmayaraq, bəzi epizodlarda hakim səhvlərinin də səyi nəticəsində “Bazel” məğlubiyyətdən qaça bildi. Amma Portuda çətin olacaq.
Qeyd edək ki, 1/8 finalın digər 4 oyunu 24-25 fevral tarixlərində keçiriləcək.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
Bazel (İsveçrə) - Portu (Portuqaliya) 1:1
Qonzales, 11 - Danilo, 79-p.
Bazel: Vatslik, Caka, Suxi, Samuel, Safari, El-Nenni, Fray, Qonsales (Kalla, 25), Dzuffi, Qaşi (Hamudi, 83), Ştreller (Embolo, 63).
Portu: Freytas, Danilo, Pereyra Roke, Markano, Aleks Sandro, Errera, Kazemiro, Torres (Neveş, 68), Telyo (Kintero, 81), Martines, Braimi (Kuarejma, 61).
Şalke (Almaniya) - Real (İspaniya) 0:2
Ronaldo, 26. Marselo, 79.
Şalke: Vellenroyter, Utida, Hevedes, Matip, Nastasiç, Aoqo, Heqer (Mayer, 80), Noyştedter (Kirxhoff, 57), Boatenq, Huntelar (Platte, 33), Şupo-Motinq.
Real: Kasilyas, Karvahal (Arbeloa, 82), Pepe, Varan, Marselo, Lukas Silva, Kroos, İsko (İlyarramendi, 85), Beyl, Benzema (Hernandes, 78), Ronaldo.
17 fevral
PSJ (Fransa) - Çelsi (İngiltərə) 1:1
Şaxtyor (Ukrayna) - Bavariya (Almaniya) 0:0
24 fevral
Yuventus (İtaliya) - Borussiya D (Almaniya)
Mançester Siti (İngiltərə) - Barselona (İspaniya)
25 fevral
Arsenal (İngiltərə) - Monako (Fransa)
Bayer (Almaniya) - Atletiko (İspaniya)
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
MDB13:45Zaxarova: "Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey..."
-
Avto12:44Yeni cərimə - Sabahdan sürücülər elektromobilləri belə park edəcəklər
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO

































