İKT
1 həftə enerji saxlayan telefonlar gəlir - YENİLİK
Hər il yeni smartfonlar təqdim edilsə də, hər biri üçün keçərli olan enerji saxlama məsələsi öz həllini tapmır. Bununla bağlı yeni layihə hazırlanıb və 1 həftə müddətinə avtonom işləyən düyməli telefonların nostalji hissini geri qaytarıb.
Publika.az xəbər verir ki, smartfonların yeni
funksiyaların aktiv istifadəsi üçün sərf edilən enerji miqdarının
artması cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Yaxın
günlərdə 10000 milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel
WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun
olaraq toz və suya qarşı dayanıqlıdır.
"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki
smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası kimi
hazırlanıb. Hələ ki smartfon haqqında geniş informasiya verilmir.
Ən böyük özəlliyi odur ki, 10000 milliamper/saat tutumlu
akkumulyatora malik olacaq. İstehsalçı smartfondan orta istifadə
aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair
zəmanət verəcək.
Aparatın daha bir özəlliyi isə yüksək dərəcədə dayanıqlı və möhkəm quruluşda olmasıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır. Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm "Corning Gorilla Glass" şüşəsi ilə qorunacaq.
Könül
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

























.jpg)


