İKT
“Xiaomi” yeni noutbukunu təqdim etdi - FOTO
Son günlər sürətlə bazara daxil olan Çinin “Xiaomi” şirkəti bu dəfə də özünün yeni nəsil noutbuklarını təqdim edib.
Publika.az xəbər verir ki, təqdim edilən “Mi Notebook” -lar yeni versiyada və ən son texnologiyalarla təchiz edilib. Səkkizinci nəsil “Intel Core” prosessorları, “NVIDIA” qrafikası üzərində qurulan model ayrıca rəqəmli bloka malik tamölçülü klaviatura ilə təchiz edilib.
Yeni “Xiaomi Mi Notebook” 15,6 düym diaqonallı “Full HD” ekran,
“Core i5” və ya “Core i7” prosessorları ilə təchiz olunub. “Core
i5” versiyası 4 və ya 8 giqabaytlıq operativ yaddaşa malikdir.
Versiyadan asılı olmayaraq 128 giqabaytlıq bərkcisimli toplayıcı və
1 terabaytlıq sərt disk təklif edilir. Bundan başqa, qurğuda 2
giqabaytlıq videoyaddaşa malik “NVIDIA GeForce MX110” qrafikası,
iki “USB 3.0”, bir “USB 2.0”, bir “HDMI”, “Ethernet” portları və
qulaqcıq üçün 3,5 millimetrlik çıxış, “SD” yaddaş kartları üçün
slot nəzərdə tutulub.
“Xiaomi Mi Notebook” noutbukunun (Core i5 + 4 giqabaytlıq RAM +128
giqabaytlıq SSD+ 1 terabaytlıq HDD) ilkin olaraq başlanğıc qiyməti
582 dollar təyin edilib. Əlavə 4 giqabaytlıq operativ yaddaşlı
modellər 655 dollardan, “Core i7” və 8 giqabaytlıq quraşdırılmış
yaddaşa malik modellər isə 727 dollardan başlayan qiymətlərlə
təklif edilib.
“Xiaomi Mi Notebook” noutbuklarının satışına avqust ayının 28-dən etibarən başlanılması planlaşdırılır.
Könül
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
