İKT
Baş nazirin Tvitter hesabı sındırıldı
Hindistanın Baş naziri Narendra Modinin şəxsi Tvitter hesabı heklənib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərə görə, Modinin 2,5 milyon izləyicisi olan hesabından milli yardım fondu üçün kriptovalyuta ianəsi ilə bağlı bir neçə paylaşım edilib. Vəziyyətin aşkarlanmasından sonra ələ keçirilən hesabdakı paylaşımlar qısa müddətdə silinib.
Şirkətdən verilən açıqlamada hesabın təhlükəsizliyi üçün tədbirlər görüldüyü və durumun araşdırıldığı bildirilib.
Modinin 62 milyon izləyicisi olan digər bir hesabı isə zərər görməyib.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama, Demokratlar Partiyasının prezidentliyə namizədi Co Bayden, “Amazon”un sahibi Ceff Bezos, “Microsoft”un qurucusu Bill Qeyts, “Tesla” rəhbəri Elon Mask, milyarder Maykl Blumberq, repçi Kanye Vest kimi məşhurların Tvitter hesabları 15 iyulda heklənmişdi. Həmin hesablardan da bənzər çağırışlar edilmişdi.
Zümrüd
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ
-
Hadisə11:42Bu şəxslərə hərbi xidmət üçün möhlət hüququ verilsin - MM-dən təklif
-
ABŞ10:50Klinton “Epşteyn işi” ilə bağlı ifadə verdi, Trampı “baqaja” qoydu: Yaxşı tanıyırdı
-
İdman10:22Levandovskinin sirrini açan polşalı gözəl: Onlar ölkələrində nəyə görə nümunədirlər?
-
Yaxın Şərq09:49ABŞ və İsrail Gülüstan sarayını dağıtdı - Video
-
ABŞ09:12Trampdan sirli mesaj: Çox tezliklə İranı kimin idarə etdiyini biləcəksiniz































.jpg)






