İKT
Feysbukda Azərbaycanın ərazi bütövlüyü bərpa olundu
Feysbuk səhifələrinin xəritə servisində Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunub.
Publika.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas öz Feysbuk səhifəsində yazıb.
"Məsələ ilə bağlı dərhal Feysbuka yenidən müraciət etdim. Feysbuk mənə geri dönüş etdi və budur məsələ artıq həllini tapdı. Çox təəssüf ki, bəzi insanlar bunun münaqişə zonası kimi vurğulanmasını normal qəbul edirdi. Lakin beynəlxalq hüquqa əsasən bu xəritə servislərdə qəbul oluna bilməzdi. "Google", "Yandex" və "Bing" kimi servislər də belə şey qeyd etmir və buranın xüsusi vurğulanması Feysbukun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması mənasına gəlirdi. Bu iş ciddi bir iş idi. Feysbuk birbaşa müdaxilə edib, xəritə kodlarını dəyişməli idi və bu işdə məndən əlavə gizli qəhrəmanların da əməyi böyük oldu. Təəssüf ki, məlum səbəblərdən hər şeyi bölüşə bilmirəm, amma əmin olun ki, arxa cəbhədə çox güclü adamlar var. İstənilən cəbhədə ərazi bütövlüyümüzün təmin olunması üçün daim mübarizə aparacağıq", - texnobloger qeyd edib.
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq











.jpg)























.jpg)
.jpg)