İKT
Ən təhlükəsiz messencer tətbiqləri - Mütəxəssislər müqayisə edir
“WhatsApp”, “Signal” və “Telegram” messencerlərinin fərdi məlumatlar baxımından təhlükəsizlik xüsusiyyətləri müqayisə olunub.
Publika.az xəbər verir ki, bu barədə "RIA “Novosti" mütəxəssislərin rəylərindən ibarət məqalə yayımlayıb.
“Cross Technologies”in İnkişaf şöbəsinin müdiri Aleksandr Tyurnikov bildirib ki, hər üç tətbiqdə qarşılıqlı şifrələmədən istifadə olunur və yazışmaların məzmunu gizli qalır. Lakin bu messencerlərin bəziləri üçüncü şəxslərə ötürülə bilən istifadəçi məlumatları toplayır. Amma şirkətlərin istifadəçi məlumatlarını üçüncü tərəfə ötürməsi istisna edilməməlidir.
Mütəxəssisin sözlərinə görə, bu tətbiqlər arasında ən şəffaf işləyəni “Signal”dır. Çünki tətbiq açıq mənbəli üstünlüyünə sahibdir. Yəni burada hər kəs arxa qapılarını (istifadəçi məlumatlarına icazəsiz giriş imkanı verən alqoritm qüsurları - red.) yoxlaya bilər.
“Kaspersky” Laboratoriyasında mobil təhdidlərin tədqiqatçısı Viktor Çebışev də bütün populyar ani mesajlaşmaların şifrələmə sistemləri sayəsində nisbətən təhlükəsiz olduğuna inanır.
Qeyd edək ki, “WhatsApp” fərdi məlumatların “Facebook”a ötürülməsi ilə bağlı istifadəçi müqaviləsinə bir bənd daxil etmişdi. “Sensor Tower” “WhatsApp”dakı yeniləmədən sonra digər messencerlərin – “Signal” və “Telegram” istifadəçilərinin sayının kəskin artdığını göstərən statistikanı açıqlamışdı.
Zümrüd
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)