İKT
“CBC Azərbaycan”dan yenilik: Top 10-luq yaradıldı
Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır. Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın “Youtube” platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb.
Publika.az xəbər verir ki, həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 nəfər izləyicisi olan “Это Азербайджан” verilişi yerləşir.
Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsi haqqında bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.
İkinci yerdə, pleylistdə 32 videosu və 14 min 374 nəfər izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzusuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.
Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin “Youtube” platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505 nəfərə çatıb.
Pleylistində 529 videosu və 11 min 75 nəfər izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb.
Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və 5 min 783 nəfər izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi yerləşir.
Məqsəd hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün cəld və keyfiyyətli formada informasiya təqdim etməkdir.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




