İKT
Qadağan edilən məlumatları yayan saytlarla bağlı tələb müəyyənləşdi
İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınmasına dair prosedur təkmilləşdirilir.
Publika.az xəbər verir ki, bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif olunur.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Dəyişiklik bu xəbərdarlığın məzmunu ilə bağlıdır. Beləliklə, xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.
Qüvvədə olan qanuna əsasən, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dəyişikliyə əsasən, bu prosedur internet informasiya ehtiyatının müvafiq hissəsinə, bir və ya bir neçə veb səhifəsinə də şamil olunacaq. Başqa sözlə, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edəcək.
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!




























.jpg)






