Ekopublika.az
Çay və qənd bahalaşdı
Ölkədə bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri qalxıb. Şəhərin marketlərində apardığımız müşahidələrin nəticələrinə görə, yuyucu vasitələr, şampunlar, saç boyaları bahalaşıb.
Publika.az xəbər verir ki, “Fairy” qab şampunu, “Ariel” yuyucu tozlarının qiymətlərində 30-40 qəpik bahalaşma baş verib. Belə ki, oktyabrın əvvəlində 1,5 kq-lıq “Ariel” yuyucu tozlarının qiyməti 4,50 manat idisə, hazırda 4,95 manatdır.
Eləcə də “Fairy” qab şampununun 2 litri 2,09 manatdan 2,40 manata yüksəlib.
Şaç şampunları və boyaların qiymətlərində də 20-30 qəpik artım var.
Qida məhsullarından isə çaylar bahalaşıb. “Beta” çaylarının qiymətində 10 qəpik artım olub. Xüsusilə, “Azersun” Holdinqin istehsalı olan ərzaqlar əvvəlki ayla müqayisədə bahalaşıb. İstehsalı şirkətə məxsus qəndin və “Ana Bala” əridilmiş yağının qiymətində də müvafiq olaraq 10 qəpik artım var.
Nəzərə çatdıraq ki, bahalaşma ilə bərabər, müəyyən qiymət azalmaları da baş verib. Məsələn, Türkiyədən idxal edilən “Şölen Çikolata Gida San və TİC A.Ş.”-yə məxsus qablaşdırılmız şirniyyat məhsullarının qiyməti 5 qəpik ucuzlaşıb.
İqtisadiyyat şöbəsi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi
-
MDB09:54Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO







.jpg)






.webp)


.jpg)

















