Ekopublika.az
Rubl ağır vəziyyətdə, Azərbaycan məhsulları bahalaşacaq - BÖYÜK TƏHLÜKƏ
Rusiya-Qərb münasibətləri fonunda rubl dollar qarşısında dəyər itirməyə davam edir. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib. Şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq.
Bəs, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edərsə, bu, rublun məzənnəsinə necə təsir edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Publika.az-a bildirib ki, geosiyasi vəziyyətin gərginləşməsi biznes adamlarının, həmçinin sadə vətəndaşların dollara olan marağını artırır: “Rusiyanın səhm bazarı da ciddi şəkildə dəyərdən düşür. Səhm bazarından pullarını nağdlaşdıran vətəndaşlar və biznes nümayəndələri də həmin pulu valyutaya yatırırlar. Buna görə də dollara tələbat artır.
Sanksiyalar məsələsinə gəldikdə, Rusiya onsuz da 2014-cü ildən çox kəskin sanksiyalar altında yaşayır. Ancaq indiki tətbiq oluna biləcək və danışılan sanksiyalar ciddi sanksiyalardır. Söhbət bank sisteminin tamamilə sıradan çıxarılması, SWIFT sistemdən tamamilə aralanmasından, Rusiyanın ən böyük 3 bankına sanksiyaların qoyulmasından gedir. Əgər belə bir addım atılacaqsa, rus rublunda çox böyük dəyər itirmələri müşahidə oluna bilər. Hətta rusiyalı ekspertlərin hesablamalarına görə, kəskin sanksiyalar olarsa, 1 dollar 120-140 rubla qədər bahalaşa bilər. Yəni indikindən ən azı 50-60% rublun dəyər itirməsi ehtimalı var”. src="/storage/files/upload/dee66fd13396486921f6a9998e704169cfa06c72.jpg" style="width: 738px; height: 523px;" class="fr-fic fr-dib fr-fil">
Bu, MDB ölkələrinin valyutalarına necə təsir edəcək?
N.Cəfərli qeyd edib ki, rus rublundan daha çox asılı olan ölkələr Gömrük İttifaqına daxil olan ölkələrdir. Ekspertin sözlərinə görə, əgər ABŞ sanksiyalar paketini tətbiq edəcəksə, bunun Qazaxıstana, Qırğızıstana, Belerusa və hətta Ermənistana da ciddi təsirləri olacaq: “Bu ölkələr daha çox rubldan asılıdır və bu, onlara mənfi təsir göstərəcək, nəinki digər dövlətlərə. Məsələn, Azərbaycanın birbaşa asılılığı yoxdur, Gömrük İttifaqında da təmsil olunmur. Azərbaycan iqtisadiyyatı daha çox neft-qaz kəmərləri vasitəsilə Qərbə inteqrasiya olunub. Bizdə məzənnə də inzibati qaydada tənzimlənir. Buna görə də hökumətin əlində imkanlar var ki, inzibati qaydada məzənnəni indiki səviyyələrdə saxlasınlar. Amma Qazaxıstanda və Belarusda birjalar milli valyutaların məzənnələrini müəyyənləşdirir. Rus rublu dəyərdən düşən kimi Belarus rubluna və Qazaxıstan təngəsinə də təsirsiz ötüşməyib. Qazaxıstan təngəsi dünəndən başlayaraq dəyər itirib”.
Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilərmi?
Natiq Cəfərli qeyd edib ki, sanksiyalar tətbiq olunacaqsa, bu, Azərbaycan məhsullarını Rusiya bazarlarında bahalaşdıracaq: “Azərbaycan qeyri-neft sektorunda əsasən də kənd təsərrüfatı məhsullarının böyük hissəsini Rusiyaya ixrac edir. Rus rublunun dəyərdən düşməsi Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı bir qədər çətinliklər yarada bilər. Yəni qiymətlərin artımı Azərbaycan məhsullarına tələbatı azalda bilər. Belə bir ehtimal var. Əgər sanksiyalar daha ciddi olacaqsa, pul köçürmələri ilə bağlı da problemlər yaşana bilər. Rusiyanı SWIFT sistemindən kənarda qoysalar ölkəmizdən Rusiyaya, oradan da Azərbaycana həyata keçirilən pul köçürmələrində çox ciddi problemlər yaşana bilər. Bu isə Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI