Ekopublika.az
Kapital Bank-dan sahibkarlara yeni onlayn xidmət
Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir.
Publika.az">Publika.az xəbər verir ki, xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri və hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların kredit, qarantiya, akkreditiv və s. kimi öhdəlik müqavilələri, zaminlik və girov müqavilələri üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.
Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır, həmçinin bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşma idi. Lakin yeni xidmət vasitəsilə bütün bu qeyd edilən prosedurlara ehtiyac qalmır. Yeni xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.
Artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayacaqlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılacaq. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU











.jpg)









.jpg)












.jpg)

.jpg)