ARDNŞ-dən 2025-ci il proqnozu
Bizi izləyin

Ekopublika.az

ARDNŞ-dən 2025-ci il proqnozu

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yeni boru kəmərləri tikintisi zamanı 2020-ci ildən sonranı, 2025-ci ilə kimi olan dövrün potensial qaz həcmini nəzərə alır. Ona görə yeni layihələrin əsas konsepsiyası onların genişləndirilməsi potensialının yaradılmasıdır.

Publika.Az-ın məlumatına görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “The Business Year” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışına müsahibəsində bildirib.

ARDNŞ rəhbəri deyib ki, Azərbaycan yataqlarının hər biri üçün ayrıca qaz kəməri çəkilməsi iqtisadi cəhətdən əlverişli deyil: “Elə kəmər çəkmək lazımdır ki, onunla bütün yataqların qazını nəql etmək və zərurət olanda onu genişləndirmək mümkün olsun”.

Rövnıq Abdullayevin sözlərinə görə, belə innovativ yanaşma iqtisadi itkiləri aradan qaldırır, maksimal səmərəlilik və tədarükün fasiləsizliyini təmin edir: “ARDNŞ-nin proqnozuna əsasən, 2025-ci ildən 50-55 mlrd m3 qaz hasil ediləcək”.

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin (ANAM) rəhbəri İlham Şaban Publika.Az-a bildirib ki, 2025-ci ildə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” və “Mərhələ-2” layihələri çərçivəsində illik hasilat 24 mlrd m3, “Azəri-Çıraq-Günəşli”nin dərin layları üzrə 5-6 mlrd m3, “Abşeron” (operator Total) layihəsi üzrə 9-10 mlrd m3, “Ümid/Babək” üzrə 7-8 mlrd m3 qaz çıxarılacaq. ARDNŞ-nin öz hasilatı isə 5-6 mlrd m3 təşkil edəcək.

ANAM-ln proqnozuna görə, 2025-ci il üçün ölkə:

- Türkiyə istiqamətində ixrac üçün 32 mlrd m3 qaza malik olacaq (bunun 12 mlrd m3-i Türkiyə bazarı üçündür);

- Gürcüstanın qaz bazarına tam nəzarət edəcək (2,5 mlrd m3);

- 12-13 mlrd m3 qaz işlədəcək.

Qalan qaz həcmini Rusiyaya və ya Gürcüstan vasitəsilə LNG (maye qaz) şəklində Avropa bazarına tədarük etmək olar.

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm