
Ötən ay Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası 2012-2013-cü illər üçün qarşılıqlı razılaşmanı nəzərdə tutan Baş Kollektiv Sazişə imza atıblar. Sənəd qarşıdakı 3 il ərzində ölkə iqtisadiyyatının inkişafı, əmək bazarının səmərəli infrastrukturunun formalaşdırılması, iş yerlərinin təhlükəsizliyinin təmin olunması, habelə işçilərin və onların ailələrinn yaşayışının keyfiyyətinin artırılması ilə bağlı bir sıra vacib məqamları nəzərdə tutur.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) sədr
müavini Rövşən Ağayev Baş Kollektiv Sazişdə nəzərdə tutalan
öhdəliklərin yerinə yetirilməsilə bağlı mövqeyni Publika.Az-a şərh
edib.
İqtisadçı bildirib ki, bu sazişə sosial-iqtisadi sahədəki mühüm
problemlərin çözülməsinin həlledici mexanizmi kimi yanaşmaq
səhvdir, amma əmək qanunvericiliyində əks olunan hüquqi
prosedurlara əməl olunması baxımından onun qəbulu müsbət addımdır:
"Üçtərəfli sazişin imzalanması Əmək Məcəlləsində nəzərdə tutulub.
Qanunvericiliyə əsasən tənzimləiyci təsisat kimi hökumət,
işəgötürənlər adından sahibkarlar birliklərini təmsil edən mərkəzi
orqan və əməkçilərin maraqlarının müdafiəçisi kimi çıxış edən
həmkarlar təşkilatı arasında müxtəlif sosial-iqtisadi məsələlərin
birgə həllini nəzərdə tutan dövri sazişlər imzalanmalıdır".
Ekspertin fikrincə, sazişdə yaşayış minumunun, pensiyaların baza
hissəsinin, əhalinin gəlirlərinin artımı, aztəminatlı əhalinin
mənzillə təminatının yaxşılaşdırılması kimi mühüm məqamlar yer
alması müsbət haldı, amma bunların ölçülən bilən öhdəliklər
olmaması sazişin effektivliyini aşağı salacaq: "Məsələn, sənədin
qüvvədə olduğu dövrdə iqtisadiyyat üzrə nominal orta aylıq əmək
haqqının, məvaciblərin minimumum məbləğinin səviyyəsi hansı
həddədək yüksələcəyi, onlar arasında nisbət necə dəyişəcək, yaşayış
minimumunun rəsmi dəyəri minimum əmək haqqının hansı mislinədək
artırılacağı, nə qədər insanın mənzillə təmin olunacağı, əmək
ödənişi xərclərinin ÜDM-də payının hansı həddədək yüksələcəyi dəqiq
öhdəlik kimi müəyyən edilməyib. Belə şəraitdə biz Baş Kollektiv
Sazişin uğurla yerinə yetirilməsini hansı göstəricilər əsasında
müəyyənləşdirəcəyik?"
Özəlləşdirmə prosesinin şəffalığın artırmaq üçün əmək
kollektivilərinin təmsilçisi kimi həmkarlar təşkilatlarının bu
prosesə cəlb olunması ilə bağlı razılaşmaya gəlincə Rövşən Ağayev
bunu gecikmiş addım sayır: "Böyük özəlləşmə artıq arxada qalıb.
Qanunvericilik əmək kollektivlərinin sahibkar qismində
özəlləşdirmədə iştirakını nəzərdə tutsa da, əməkçilərin real
sahibkar kimi müəssisələrin idarə olunmasına təsiri, mülkiyyətə
sahiblik və sərəncamvermə hüququna faktiki sahibliyi yox
səviyyədədir. Çünki ötən 15 ildə özəlləşdirmə prosesində əmək
kollektivlərinin işktirakı formal xarakter daşıyıb. İndi həmkarlar
təşkilatları hansı müəssisələrin dövlətsizləşdirilməsinə ictimai
nəzarəti təmin edəcəklər?"
ZülfiyyəTelmanqızı
Publika.Az