Ekopublika.az
Azərbaycanda bazarlarda qaydalar dəyişəcək - Rəqbətli modelə keçid
Azərbaycanda 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən “rəqabət xəritəsi” hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin rəqabətli bazar modelinə mərhələli keçidi imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləməyə aid subyekt və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.
Plan çərçivəsində 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini ölçən göstəricilər sistemi yaradılacaq. Bu göstəricilər əsasında Azərbaycanın rəqabət xəritəsi hazırlanaraq istifadəyə veriləcək.
Həmçinin dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq. Bu tədbir nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.
Milli Fəaliyyət Planının əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaq, özəl investisiyaların artımını stimullaşdırmaq və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR

















.jpg)






















