Köşə
Əlli-əlli doldurub içmək lazımdır...
Leyla Sarabi
Orqanizmin qəbul etdiyi istənilən informasiya bişib, qaynayıb, qovrulub müəyyən duyğunu ifadə edən söz, yaxud hərəkətə çevrilməlidir. Sevdiyiniz insan qarşınıza çıxır. Ondan sizə hopan enerjini toxunmaq, öpmək tələbatı kimi geri qaytarmalısınız. Yaxud üstünüzə tökülən kədəri içinizə yığıb kifləndirməmək üçün mütləqdir ki, ağlayıb bağırasınız. Hətta yediyiniz qidanı da əridib bədəndən sovurmaq üçün, minimum yüngül idman hərəkətlərinə möhtacsınız.
Bir an gəlir, əmin olursan ki, artıq savad, ziyadə biliyi də beyində çeynəmək şərtdir. Əks halda məsamələrin tıxanır. Kant da, Hegel də, İbn Sinanın özü də ciyərini mədənə dolayıb içinə həbs olur. Əslində bir cümlə də bölüşsən, dincələrsən bəlkə. Bisavadlar anlamazlar, mövzularım maraqsızdır deyirsən. İnsanlardan addım-addım gen durduqca, özündən də qaçırsan. Biliyin də lala dönüb gözlərində donub. Kitablarını qurd basıb.
Heyzenberq düşünür, elm stəkanının ilk qurtumu insanı ateist edir. Stəkanın dibində səni Allah gözləyir. Məncə, elm stəkanını əlli-əlli doldurub içmək lazımdır. İçdikcə meyxoşluğun həzzini yanındakı ayıqbaşlara da anlatmalısan. Stəkanın yanında mütləq məzə saxlamalısan. Quru-quru mədənə axıb, beynini zədələməsin deyə...
Yoxsa stəkanın dibində səni pozğun sinir, itkin həyat, bitkin ömür gözləyəcək. Yoxsa ağıl serrozu sonuna çıxacaq. Çünki sevgidən nifrətə, doğrudan yanlışa, zirvədən bəsitliyə körpə addımı yol var. Fikirlərini bölüşmək bacarığın itdikcə, savadın da emala yararsız zibilə dönəcək.
Beyin cüzamı ilə atılmış küçələrdə səfil etmə özünü. Ya az oxu, ya da az bil.
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO
-
Dəb05:1580-ci illərin trendi payızda dəbə qayıdır
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi
-
Sosial18 Avqust 21:48Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNDİ





































