Köşə
Duyğularınızın adını bilirsinizmi?
Bu dünyanın rəngləri kimi duyğuları da bitib tükənmir. Bəs hamısına ad qoyub, yeri gələndə dişimizə çəkib çeynəyirikmi?! Bəzilərinin təsviri ancaq gözlərimizdə, bir neçəsi barmaq uclarımızda, küçədən ötən qadının arxasınca sürünən ətrində, illər sonra vəfa edib üzünü açdığımız kitabın tozlu səhifəsində gizlənir.
Sən demə mən burda adsız duyğularımın yasını tutduqca, dünyanın başqa bucağında elm hamısının üzərində Dədə Qorqudluq edirmiş.
Məsələn, sondero- yoldan ötənlərin də sənin kimi parlaq və çətin həyatının olduğunu dərk etməkdir.
Bəzən kəmşirin səmimiyyətimizlə kiminsə gözünə baxmaq istəyinə yenilirik. Bu duyğuya həyəcan və utancaqlıq da qarışır. Bu təzadın adı opiyadır.
Köhə kitab mağazaları üçün darıxırsınız? İçərisi “yeyib-içmək” məkanına çevrilməyən, hər köşəsi oxunmuş səhifə qoxan o sadə mağazalar... Bu darıxmağın adı var - velikor.
Bir vaxtlar doğmalarının səs-küyündən qulağını deşən, gülüşlərindən divarları titrəyən evin indiki sükunətində köhnə günlərinçün burnun az göynəməyib, düzdür? O göynərti kenopsiyadır.
Beynindəki sənlərin dialoqu susmur? Gah mübahisə, gah eşq etirafı? Öz içində özün-özünü yerirsən? Bu duyğu cuskadır.
Bəzən də eyni məkanda ağız deyəni qulaq eşitmir. Sən və həmsöhbətlərinin ünsiyyət xaosu anekdoxdur.
Bir də ana bətnindəki rahatlığımıza qovuşduğumuz məkanlar var. Bu kraysalizm rahatlığıdır.
İndi mən bir duyğunun adını bölüşəcəm, özünüzü tapacaqsınız:
Andronitis - qarşındakı insanı tanımaq üçün sərf etdiyin zamana heyfslənmək.
Hələ bu harasıdır, ən pisi də Nodus Tollensdir. Həyatının süjetinin səninçün artıq mənasızlaşması...
Hələlik bu qədər. Liberosislə sizinlə ayrılıram. Yəni deyirəm, əşyaların üstündə əsməyin. Dünya malı dünyaya qalacaq. Özünüzü qoruyun.
Leyla Sarabi
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
































