Köşə
Bakı ilə qucaqlaşmaq
Bəzən illərlə bağlı qalan bir pəncərə olur…
Hamı unudar onun orada olduğunu.
Nə pərdə çəkilər, nə bir səs yaxınlaşar.
Amma bir gün…
Günəş gələr, yavaşca şüşəsinə toxunar.
Və o an xatırlayarsan…
Pəncərə həmişə oradaydı, sadəcə kimsə cəsarət edib açmamışdı.
Azərbaycan ziyarəti məhz bu hissi yaşatdı.
Bu səfər nə rəsmi bir tapşırıq, nə də protokol planı idi…
İçimizdə böyüyən bir ehtiyac idi:
Qardaş bildiyimiz, amma media üzərindən kifayət qədər səsimizi çatdıra bilmədiyimiz Azərbaycana bir “salam” demək ehtiyacı.
Bakı küçələrində gəzərkən əslində keçmişin sükutuna deyil, gələcəyin gözəlliklərlə dolu ehtimallarına doğru gedirdim.
Qəlbimdə daşıdığım Kipr Türkünün səsi ilə Azərbaycanın ürəyinə toxunmaq istədim.
Və gördüm ki, biz əslində bir millətin yalnız iki fərqli coğrafiyada döyünən qəlbiyik.
Media isə bu qəlblər arasındakı qan dövranı kimidir.
O olmasa, səs yetməz…
O olmasa, varlıq bilinməz.
Ziyarət etdiyim media qurumları Bakı TV, Teleqraf İnformasiya Agentliyi, ARB Media Qrupu, müsahibə verdiyimiz AzTV, AZƏRTAC hər biri bizə qardaşlığın, bu hissin müqəddəsliyini bir daha anlattı, yaşattı, hiss etdirdi.
İlıq bir təbəssüm, səmimi bir qarşılama və içdən gələn bir “Nə yaxşı etdiniz gəldiniz…” cümləsi ilə.
Hər görüşdə bunu anladım:
Bu coğrafiyada bizim səsimizə də ehtiyac var.
Amma eyni zamanda bizim də azərbaycanlı qardaşlarımızın səsini eşitməyə ehtiyacımız var.
Çünki media yalnız danışmaq deyil, həm də eşitmək sənətidir.
Yalnız anlatmaq deyil, anlamadır da insan üçün.
Kipr Türk xalqı illərdir bir sükutun içindən öz səsini yaratmağa çalışır.
Bu səbəbdən bizim üçün media yalnız bir ünsiyyət vasitəsi deyil, eyni zamanda bir varlıq vasitəsidir.
Azərbaycanda atdığımız hər addım bu həqiqəti daha da aydın göstərdi.
Çünki media ən çətin siyasi körpüləri belə qura biləndir.
Mədəni, ictimai və iqtisadi pəncərələri də açandır.
Məsələn, Azərbaycanda verilən bir xüsusi müsahibə yalnız KKTC-ni tanıtmaqla kifayətlənməz,
Ortaq tariximizin altını da çəkər.
Ortaq gələcəyimizə də işarə edər.
İllərlə açılmayan bir qapıdan qardaşın içəri girməsi kimidir bu yayımlar.
Əslində bütün kameraların arxasında, mikrofonların ucunda bir insanın deyil, bir millətin qəlbi döyünür.
Bunu orada hiss etdim.
Və əslində daha artığını da hiss etdirdilər bizə.
İndi bilirəm ki, media sahəsində atacağımız hər səmimi addım
Diplomatiyadan öncə könül körpüsü quracaq,
Ticarətdən öncə etibar inşa edəcək,
Sadəcə tanışlıqdan deyil, bağdan söz açacaq.
Ona görə də bu ziyarət bizim üçün bir vəzifə deyildi. Bir məsuliyyət idi.
Söylənməmiş sözlərin, qurulmamış cümlələrin, çəkilməmiş görüntülərin yükü vardı çiyinlərimizdə.
Və biz sadəcə bir pəncərəni daha araladıq. İçəriyə günəş girdi.
Və artıq bilirik:
Bu işığı böyüdəcək çox ortaq yayım edəcəyik,
Çox daha çox salam çatdıracağıq millətimizə.
Və media, “Üç dövlət, bir millət” qardaşlığının ən gur səsi olmağa davam edəcək.
Özdemir Tokel
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək




















.jpg)








