Magazin1
Azərbaycanlı rəssama medal verdilər
Azərbaycanın əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Sakit Məmmədov beynəlxalq mükafata layiq görülüb.
Publika.az xəbər verir ki, rəssam dünya birliyi qarşısında xidmətlərinə görə “Motsart” medalı ilə təltif olunub.
Avropa Təbiət Elmləri Akademiyasının direktoru Vladimir
Tıminskinin təqdim etdiyi bu mükafatı rəssam bütövlükdə Azərbaycan
təsviri sənətinə verilən qiymət kimi dəyərləndirib.
Qeyd edək ki, S.Məmmədovun əsərləri dünyanın bir çox görkəmli
siyasi xadimlərinin şəxsi kolleksiyalarında, Vatikan muzeyində,
“Opera” qalereyasında (Sinqapur), Bakı Müasir İncəsənət və
Azərbaycan Milli İncəsənət muzeylərində saxlanılır. Onun əsərləri
dünyanın bir çox nüfuzlu qalereyalarında sərgilənir, ABŞ, Almaniya,
Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa,
Avstriya, Macarıstan, Avstraliya və digər ölkələrdə təşkil edilən
sərgilərdə nümayiş olunur.
Prezident İlham Əliyev məhz onun əsəri olan Roma Papası II
İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə
edib.
Cəvahir
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO








.jpg)




















.png)

.jpg)






