Magazin1
İnkassator maşınını qaçıran cinayətkar qrup ifşa olundu - FOTOLAR
Nizami Kino Mərkəzində “Axırıncı yol” filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasiminə tanınmış simalar da qatılıb.
Publika.az xəbər verir ki, baş prodüseri İlkin Həsəni olan film “İLK media” şirkətinin istehsalıdır.
Filmin quruluşçu rejissoru Emil Abdullayev, quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənidir.
“Axırıncı yol” macəra komediyasıdır.
Qeyd edək ki, filmdə “Bozbash pictures”in aktyorları Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli rol alıb.
“Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures”in qəhramanları- Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz vəziyyətə düşən qəhramanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək “SOSKA” Uşaq Əyləncə Mərkəzinin maşını adı ilə cinayətin izini itirməyə çalışır. Lakin bu, onları daha da çətin vəziyyətə salır.
Film martın 1-dən kinoteatrlarda nümayiş olunacaq.
Cəvahir
Foto: Rəşad ABBASOV
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR




























.jpg)
.webp)








