“Tanrı türkə yar olsun” – Bu video "youtube"-da rekord qırır
Bizi izləyin

Magazin1

“Tanrı türkə yar olsun” – Bu video "youtube"-da rekord qırır

Qaziler.az saytı xəbər verir ki, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının www.youtube.com saytında yerləşdirilmiş “Tanrı türkə yar olsun” mahnısının izləyicilərinin sayı 1 milyon 334 mini keçib.

İfaya xeyli sayda müsbət şərhlər yazılıb. Bu mahnı www.youtube.com saytına ayrı-ayrı vaxtlarda müxtəlif insanlar tərəfindən də yüklənib. Təkcə bir videonun ümumilikdə izləyicilərinin sayı milyonlarladır.

Mahnının musiqisi Ş.Əlizamanlının, sözləri isə şair Nizami Saraclınındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm