Magazin1
Məşhur aktyor "Maşın Şou"da sağ göstərib sol vurdu - FOTO
"Maşın şou"nu bu gün aktyor Taleh Yüzbəyov tərk edib.
Publika.az xəbər verir ki, hind kinosu devizi altında baş tutan şounun növbəti buraxılışında sms səsverməsinə aktyor Sərxan Kərəmoğlu çıxıb. Oyun ərzində ikinci dəfə səsverməyə çıxan məşhur hədəfinin reper Ramil Nabran olduğunu deyib.
Sonda 61,65 faiz səs toplayan S.Kərəmoğlu sağ göstərib sol vurub. Belə ki, veriliş boyu Ramil Nabranla söz savaşına çıxan və "Səs topladım, amma mən yorulmuşam. Ramil sən böyük səhv elədin, ayrı-seçkilik saldın. Məndən balacasan sən, həm yaşca, həm də təcrübədə. Mən sənin xətrini çox istəyirəm. Nazilə xanımın maşına ehtiyacı yoxdur, o hər zaman qalibdir!" deyən S.Kərəmoğlu oyundan Taleh Yüzbəyovu çıxardıb.
Müğənni Samir Cavadzadə: "Mən icazə vermirəm ki, Taleh getsin, məni çıxart!" desə də, o, qərarını dəyişməyib.
Şounu tərk edən Taleh Yüzbəyovun son sözləri hər kəsi duyğulandırıb:
"Bu oyunda heç kimdən umacağım yoxdur ki, inciyim. Lakin Sərxan düzgün oyun aparmadı. Belə oyun oynamazlar. Maşın mənim üçün dəyərli idi. Mən bu şouya maşına ehtiyacım olduğu üçün gəlmişdim. Hər halda bu maşının da bir qiyməti var, çalışaq ki, insan olaraq maşından ucuz olmayaq" , - deyə o qeyd edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


























