Magazin1
BNA-da yüksək vəzifə verilən məşhur reper danışdı: 22 yaşımdan bəri...
Xəbər verdiyimiz kimi, “Qurd” ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.
BNA-da Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışan Fərid Eminov yeni işi, eyni zamanda reper olaraq da sənətinə davam edib-etməyəcəyi ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.
- Fərid bəy, neçə müddətdir Bakı Nəqliyyat Agentliyində çalışırsınız?
- Artıq 7 aydır ki, BNA-da işləyirəm.
- Necə oldu baş mühəndis kimi işə başladınız?
- Mən universiteti bitirəndən, 22 yaşımdan mühəndis kimi neft qazmada, neft istismarda, kimyəvi zavodda, BP-də (British Petroleum) “Azerenerji”də, bir çox kimyəvi zavodlarda mühəndis kimi işləmişəm. Hazırda BNA-da bu vəzifəyə boş yer olduğu üçün mən də müraciət etmişəm, müsahibədən keçmişəm və işləyirəm. Burada qeyri-adi bir şey yoxdur.
- Qərarınıza pandemiyanın təsiri oldumu?
- Xeyr, pandemiyanın heç bir təsiri yoxdur, mən əvvəldən bu sahədəyəm.
- Pandemiya bitdikdən sonra necə olacaq, toylarla bərabər tənzimləyə biləcəksinizmi?
- Əlbəttə, həmişə elə olub. Mən əvvəldən bir çox şirkətlərdə mühəndis kimi işləmişəm. Bu sahədə dayanmamışam, daim fəaliyyət göstərmişəm. Bəlkə də bunu çoxu bilmirdi, ancaq 22 yaşımdan mühəndis olaraq çalışıram. Həm də niyə tənzimləməyək ki? İnsan çalışmalıdır, işləməlidir. Bu da ikinci işimdir, niyə də olmasın. Ömrü boyu iki işlə məşğul olmuşam, niyə indi də ikisi ilə məşğul olmayım ki?

- Sənət dostlarınız necə reaksiya göstərdi?
- Həmkarlarımın çoxu bilirdi ki, mənim əlavə işim var və həmişə də işləmişəm. Yəni bu, onlar üçün yeni bir xəbər deyil.
- Yəqin BNA-dakı işinizlə əlaqəli ixtisasdan məzunsunuz.
- Azərbaycan Texniki Universitetini bitirmişəm. Əməyin mühafizəsi üzrə mühəndisəm, bu sahə üzrə məzunam.
- Bu sahədə yəqin ki, özünüzü inkişaf etdirməyi düşünürsünüz.
- Əlbəttə. Əgər mühəndisiksə, hazırkı dövrdə inkişaf əlbəttə ki, vacibdir. Təlimlər və s. önəmlidir.
- Uğurlar arzulayırıq sizə.
- Təşəkkür edirəm.
Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)














.webp)













.jpg)


