Magazin1
Nazilə Səfərli: “Azərsu”nun mənə 180 manat borcu var
Sözümü heç kim yozmasın, haçalamasın. Bəziləri kimi keçmişimi danmıram, nə də utanmıram. Bu gün bir tanışım, iş adamı ilə həmsöhbət oldum. Hal-əhval tutduq. Ona dedim ki, xroniki vərdişim var, heç cür tərk edə bilmirəm. Belə ki, mən yoxsulluq görmüşəm deyə, hər an əziyyətli günlərim qayıdar qorxusu ilə yaşayıram.
Publika.az xəbər verir ki, bu sözləri xına mərasimlərinin aparıcısı kimi məşhurlaşan qiraətçi Nazilə Səfərli instaqramda yazıb. Sənətçi etiraf edib ki, yoxsulluq qorxusu onu qənaət etməyə məcbur edir:
“Daim əlimə keçən hər şeyi saxlamaq, çoxaltmaq kimi xasiyyətim var. Süfrədə qalan çörəyi belə buzluqda dondururam ki, birdən sabah çörəyim olmasa, əlimdən tutar. Meyvələri bol quruduram. Yeməsəm də, eybi yox, əsas ehtiyatım olsun. Sabunu, şampunu, yuyucu tozları on-on alıram. İşıq, qaz pulu, kommunal xərci çox yükləyirəm ki, birdən sabah olmaz, hətta “Azərsu”nun mənə 180 manat borcu var.
Bunları danışarkən iş adamına da sual verirəm ki, sənin keçmişini bilmirəm, amma maraqlıdır, sənin hansı xroniki vərdişin var? İş adamı dedi ki, bu gün Bakıda on böyük restoranın, hotellərin, iş mərkəzinin sahibiyəm. İmkanım yetdiyi qədər yardım edirəm, yemək paylayıram, saysız süfrələr açıram. Gəl bax ki, heç vaxt kababı isti yemirəm, yeyə bilmirəm. Bu, məndə xroniki vərdişdir, çünki ofisiantlıqdan gəlmişəm… Düzü çox duyğulandım, həm də qürurlandım. Allah adama gərək naxış da verə. Hədəfin olmasa, geriyə sayarsan”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı








.jpg)






.jpg)





















.jpg)

.jpg)