Magazin1
Məşhur aparıcı boşanma səbəbini AÇIQLADI - VİDEO
ARB TV-nin “Onun sirri” verilişinin növbəti qonağı teleaparıcı Vüsalə Kərimova olub.
Publika.az xəbər verir ki, məşhur aparıcı keçmiş həyat yoldaşından danışıb:
“Sevdiyim insanla ailə həyatı qurmuşdum. Çox savadlı, alicənab insandır. 1998-ci ildə nişanlandıq. 1 il 2 ay sonra toyumuz oldu. 2000-ci ildə oğlum dünyaya gəldi. Çətin insanam. Mənimlə yaşamaq bir ömür istər. Son anadək getmərəm, getdimsə, əsla geri dönmərəm.
Ayrılanda oğlumun 7 yaşı vardı. Əslində, öncədən ayrı idik. Amma rəsmi boşanma üçün müraciət etməmişdim. Rəsmən boşandığım gün hönkür-hönkür ağladım. Yanlış insanla yol getməkdənsə, yalnız yerimək daha yaxşıdır.
Ayrılıqdan sonra çətin həyatım başladı. Ayrılığımızın əsas səbəbi indiyədək heç kimə məlum deyildi. Bunu ilk dəfə açıqlayıram. Səbəb əqidə məsələsi idi. Tamam fərqli insanlarıq. Nə evliliyimə, nə də ayrılmağıma peşmanam. Oğlumun savadlı, dünyagörüşlü olmasını atasına borcluyam.
Keçmiş həyat yoldaşım bizə maddi dəstək göstərmir. Heç belə istəyim də olmayıb. Hətta alimentdən belə imtina etmişəm. Doğulduğu gündən 21 yaşına qədər oğlum üçün hər şeyi özüm etmişəm. Oğlum bu yaşına qədər haram yeməyib”.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)


























