Magazin1
Məşhur aktrisa: Hamı yaşamağın yolunu tapıb, məndən başqa...
Necə gəldi yaşayıram, verilmiş anla... Çünki hər şey əvvəldən bəllidir... Çünki bütün bunlar sadəcə şərhdir. Çünki qütblər əriyir, bank işçiləri risklərdən sığortalanıblar, kəndlilər öz anbarlarında özlərini asırlar, ictimai yerlərdə skamyalara isə arakəsmələr quraşdırılır ki, evsizlər oralarda məskən salmasınlar... Hərdən elə bilirəm ağlımı itirmişəm, sonra anlayıram ki, yox, bu barədə düşünürəmsə, demək hələ hər şey yerindədir.
Publika.az xəbər verir ki, bu sözləri aktrisa Ləman Mərih instaqramda yazıb. Həyatın qəddar tərəflərindən gileylənən aktrisa etiraf edib ki, gördüyü haqsızlıqlar onu dərindən sarsıdır:
“Bizi öldürməyən şey bizi gücləndirir. Cəfəngiyyatdır! Bizi öldürməyən şey bizi öldürmür, bu qədər, demək qatilimiz o deyil... İndicə güzgüyə baxıram, bu mənəm? Alnımın ortasında üç qırış var, dodağımın kənarında da, saçlarım isə ağarır və ağarır... Ədəb-ərkan qaydaları gülərüz olmağımı tələb edir, ancaq indi ədəb-ərkan qaydaları vecimə deyil. Gündəlik yazıram, indi... Bu gün birinci yazdığım cümlə budur “Günlər qəribə və bürkülü keçir, isti nəfəsi kəsir və huşu başdan alıb adamı elə işlərə vadar edir ki, sonradan peşman olursan...” İlahi, heç olmasa öz yazdığımı kaş özüm anlaya biləydim... Bunu kimsə oxusa, ağıllı biri olduğumu düşünər, amma həqiqəti bilirəm, o, məni ilan kimi sancsa da... Buradan qaçıb getmək arzusu və bu arzunun ildən-ilə ürəkdə qalması insanları dəliyə döndərir, yamanlığa sövq edir... Sonra pəncərəni açıb parka boylanıram və başa düşürəm ki, hamı yaşamağın yolunu tapıb, hamı, məndən başqa hamı...”
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək









.jpg)















.jpg)
.jpg)






