Magazin1
İmamoğlu məşhur aktyordan ÜZR İSTƏDİ
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun 2022-ci il investisiya proqramına daxil edilməyən Sefaköy-Beylikdüzü metro xətti ilə bağlı verdiyi açıqlaması məşhur aktyorla qalmaqala səbəb olub.
Publika.az">Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu “2020-ci ildə İstanbul Böyükşəhər Məclisində yekdilliklə bir teatr qurdular. Biz təsdiq etmirik. Qoy İstanbuldan getsin, necə olsa, Ankarada səs vermərik deyə avtobus alınmasına əl qaldırdıqları kimi burada da teatr oynamağa çalışmasınlar” ifadələrini işlədib.
İmamoğlunun teatr sözünü işlətməsini tənqid edən aktyor Fırat Tanış bu barədə tvit atıb:
“Teatr sənəti ilə əxlaqsızlığı təsvir edən yerli idarəçidən və bağlı olduğu idarədən mədəniyyət siyasətini yürütməsini gözləyirik. Belə getsə, biz daha çox gözləyərik. Müxalifəti belədirsə, onun iqtidarını özünüz düşünün”.
F.Tanışın reaksiyasını haqlı hesab edən İmamoğlu dərhal üzr istəyib:
“Teatr sənətçisi tənqidində haqlıdır. Bugünkü açıqlamamda İstanbulda xidmətlərin qarşısını almağa çalışanların səhvlərini vurğulayarkən “teatr qururlar” deməməliydim. Üzr istəyirəm. Bu sözə görə bütün sənətçi dostlarımı incitdim”.
Cavabında Fırat Tanış “Cənab Əkrəm İmamoğlu gün ərzində bir dələduzluğu izah edərkən “teatr” sözünü işlətdi. Mən bunu tənqid etdim. Haqlı olduğumu yazdı və üzr istədi. Ona bu lütfünə görə təşəkkür edirəm” sözlərini yazıb.
İmamoğlu cavab olaraq “Bərabərik” yazıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı








.jpg)






.jpg)





















.jpg)

.jpg)