Magazin1
“Yaprak dökümü”nün aktrisasından etiraf: pis qadın olsa da...
“Yaprak dökümü” serialının mənfi qəhrəmanı Dəniz Çakır sözügedən layihədəki Ferhunde rolunun həyatını dəyişdirdiyini dilə gətirib.
Publika.az">Publika.az xəbər verir ki, aktrisa “Bloomberg HT”də nümayiş olunan “Fatih Altaylı ile Bire Bir” verilişinin qonağı olub.
“Serialın həm uzun illər davam etməsi, həm də yazıçı-aktrisa münasibətinin çox yaxşı olması təsirli oldu. O rol qiymətlim idi. Ferhunde pis qadın olsa da, bilmədiyim çox şeyləri mənə öyrətdi. O, mənə bir qadın olaraq yaşamadığım bir çox duyğuları yaşatdı”, - Dəniz qeyd edib.
Çakır işini keyfiyyətli yerinə yetirməyə çalışdığını vurğulayıb: “Çox işi qəbul etmirəm, həqiqətən də ssenariyə inanmalıyam. İnanmadığım bir şeyi edə bilmirəm. Aktyorluq çox heyran olduğum bir peşə idi. Jurnalist və ya hüquqşünas olmaq istəyirdim. Konservatoriyaya imtahan verdim, amma özümə o qədər də inanmırdım. Sonra Hacettepe Universitetini qazandım. Ankara Dövlət Teatrında Zeynep Eronatın "Göya" tamaşasına baxdım. Heyrətləndim. O an səhnədə olmaq istədiyimi hiss etdim.
Seriala başlayacağamsa, aktyor heyətində kimlərin olduğuna diqqət edirəm. Məndən kiçik olsalar da, böyük olsalar da... Çünki alış-verişimiz olacaq. Sənətini mənim kimi sevən insanlarla işləmək istəyirəm. Onda işləmək də gözəldir. Bildiyiniz kimi, seriallar uzun saatlar çəkir və çox yorucudur”.
Dəniz Çakır iddialı səhnə geyimi ilə tənqid olunan müğənni Gülşənə də dəstək olub:
“Kimə nə! Sənə nə! Üstəlik, haqqında danışdığımız səhnə adamıdır. Çox yaraşır. Dayanma Gülşən! Narahat edirsə, baxma, izləmə. Bunu kobud şəkildə edə bilənlər şəxsi həyatlarında çökmüş insanlardır”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)


























