Magazin1
Efirdən qərib düşən Azər Qəribov AzTV-də - VİDEO
Bir müddətdir verilişləri televiziya ekranlarından qərib düşən tanınmış jurnalist Azər Qəribov AzTV ilə əməkdaşlığa başlayıb.
Publika.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər etdiyi ölkələrdə başına gələn əhvalatları tamaşaçıya yumor dili ilə çatdıran jurnalistin verilişi “Oralar” adı ilə yayımlanacaq.
2003-cü ildən səyahət verilişləri aparan Azər Qəribovun AzTV-də efirə gedəcək proqramında yeniliklər olacaq.
Bu barədə açıqlama verən jurnalist deyib ki, veriliş videobloq formatında çəkiləcək: “Əvvəllər kadrarxası mətnlərə üstünlük verilirdisə, indi daha çox yerindəcə söhbətlər olacaq. Əvvəllər musiqiyə daha çox önəm verilirdi, amma indi elə olmayacaq”.
Azər Qəribov efirə qayıdışının ilk səfərini Türkiyənin Antalya bölgəsinə edib: “Məqsədimiz Antalyada payız-qış aylarında istirahəti göstərməkdir”, - jurnalist qeyd edib.
“Oralar”ın ayda 2 yeni buraxılışının efirə verilməsi nəzərdə tutulur. İlk buraxılış fevralın 5-i saat 16:30-da yayımlanacaq.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)
.png)



























