Magazin1
Elnarə kanalları yıxıb-sürüdü - VİDEO
Sənətimdə heç bir zaman sükut yaranmayıb. Elnarə heç vaxt öz hızını dayandırmayıb. Öz həmkarlarım, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm. Buna ömür, vaxt gedir. 4 uşaq anasıyam. O qədər nüans sadalayaram ki... Elnarə yalnız pop musiqi ifa etmir. Sizə elə gəlir ki, mən sükut içindəyəm, yox. Öyrənirəm. İstəmirəm, tamaşaçımda elə bir fikir yaransın ki, bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm. Xeyr, heç də elə deyil. Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam qadın olmaq, övlad dünyaya gətirmək idi.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova MTV kanalında Lamiyə Balacayevanın aparıcısı olduğu “Üzə-düz” verilişində deyib.
Sənətçi ailə qurduqdan sonra yaradıcılığında sükut yaranması xəbərlərinə əsəbiləşib. Telekanalları tənqid edən ifaçı sözlərinə belə davam edib:
“Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radioları dinləyirəm. Gəlin, monitorinq edək. Görün, radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz? Bu, mümkün deyil. Radiolar öz simalarını qoruyub saxladılar, amma təəssüf ki, telekanallar barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xatirinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxardılar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək. Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, aparıcı verilişi apara bilmir. Aparıcı sütun olmalıdır, o, ağzını Allah yoluna qoyub, efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür... 10 ildir televiziyaya baxmıram, heç özümə də”.
Elnarə bildirib ki, toy biznesi onun marağında deyil:
“Heç vaxt toy biznesinə qatılıb, çoxlu pul qazanmaq iddiasında olmadım, çünki özümü belə xərcləmək istəmədim. Səhnədə daha yaxşı hiss edirəm özümü. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı sənin üçün darıxmalıdır, sən əlçatmaz olmalısan”.
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat20 Mart 16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?






















.jpg)














.jpg)

