Magazin1
Şahzadə Luinin gülməli FOTOLARI
Londonda Böyük Britaniya kraliçası II Yelizavetanın taxta çıxmasının platin yubileyi şərəfinə keçirilən təntənəli paradda nəticəsi Lui gülməli hərəkətləri ilə fotoqrafların diqqətini çəkib.
Publika.az xəbər verir ki, şahzadə Lui fotoları ilə sosial şəbəkələrin əsas personajına çevrilib - 4 yaşlı uşaq tədbirdə sıxıldığını gizlətməyib.
Aydındır ki, Keyt Middlton və şahzadə Uilyamın kiçik oğlu üçün belə uzun bir paradda iştirak etmək ciddi sınaqdır. Şahidlər iddia edirlər ki, balaca şahzadənin narazılığı vaqonda şahzadə Şarlottanın ondan camaata əl yelləməyi dayandırmasını xahiş edəndə başlayıb.
Artıq eyvanda Şahzadə Lui emosiyalarını gizlətməyib: vaxtaşırı əsnəyir, gözlərini ovuşdurur, bilərəkdən əlləri ilə qulaqlarını bağlayır və işarə edirdi ki, evə getmək vaxtıdır.
Paytaxtın mərkəzində keçirilən paradı milyonlarla britaniyalı ilə yanaşı, monarx ailəsinin üzvləri, o cümlədən şahzadə Çarlzın böyük oğlu, Kembric hersoqu Uilyam, onun həyat yoldaşı Kornuoll hersoginyası Kamilla və bacısı şahzadə Anna, şahzadə Uilyamın həyat yoldaşı Kembric hersoginyası Ketrin, Ülyahəzrətin kiçik oğlu Uesseks qrafı Edvard və həyat yoldaşı Sofi, həmçinin Qloster hersoqu Riçard və həyat yoldaşı Birgitta da izləyib. Bundan başqa, II Yelizavetanın nəvəsi şahzadə Harri xanımı Meqan Markl ilə birlikdə tədbiri izləmək üçün ABŞ-dan Londona gəlib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı








.jpg)






.jpg)





















.jpg)

.jpg)