Magazin1
Kral ailəsi irqi ayrıseçkiliyə yol veribmiş - FOTO
Şahzadə Harri və Meqan Marklın qızı Lilibetin ilk fotoları internetdə yayılıb.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, fotoları Lilibetin bir yaşı tamam olması münasibətiylə Londonda keçirilən şənlik zamanı çəkib. Yalnız yaxınlarının dəvət olunduğu mərasim şahzadə Harri və Meqan Marklın uşaqları ilə qaldıqları Froqmore kottecinin həyətində keçirilib. Fotoların müəllifi Misan Harriman ailənin yaxın dostudur. O, hamiləlik dövründə Meqan Marklın fotolarını lentə alıb. İnstaqramda paylaşdığı fotoya şərhlərdə izləyicilər Lilibetin atası şahzadə Harriyə çox bənzədiyini qeyd ediblər.
Şahzadə Harri və Meqan Markl Kraliça II Yelizavetanın taxta çıxmasının platin ildönümünü qeyd etmək üçün Londona gəliblər. II Yelizaveta ilk dəfə nəticəsi ilə tanış olmaq imkanı qazanıb. Yeri gəlmişkən, Lilibetin adı kraliçanın şərəfinə onun uşaqlıq ləqəbinə uyğun qoyulub.
Cütlük iki ildən sonra ilk dəfə kral ailəsinin üzvləri ilə birlikdə mərasimdə iştirak etsə də, kraliçanın yanında Bukinqam sarayının eyvanına çıxmayıblar. Harri və Meqan yubileyin bitməsini gözləmədən Böyük Britaniyanı tərk ediblər.
Yerli mətbuatının yazdığına görə, mərasimdə cütlük Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonla üz-üzə gəlməyib. Onlar da Lilibetin şərəfinə keçirilən şənlikdə iştirak etməyiblər.
Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl 2020-ci ildə kral sülaləsinin üzvlüyündən istefa verib ABŞ-a köçüblər. Cütlüyün böyük övladı Arçi Londonda, qızları isə Amerikada dünyaya gəlib. Köçdükdən az sonra məşhur teleaparıcı Opra Uinfriyə müsahibə verən Şahzadə Harri və Meqan Markl kral ailəsi tətrəfindən onlara qarşı irqi ayrıseçkilik olunduğunu etiraf ediblər. Böyük ictimai rezonansa səbəb olan məhz həmin müsahibə cütlüyün doğmaları ilə münasibətini korlamışdı.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)