Magazin1
Hande dilə gəldi: “Bu, hörmətsizlikdir” - FOTO
“Vogue Turkey”nin yeni sayının qonağı olan aktrisa Hande Erçel sənətdə qarşılaşdığı problemlərdən söz açıb.
Publika.az xəbər verir ki, aktrisa bu barədə xeyli şikayətləri olduğunu etiraf edib.
“Xüsusilə kino sənayesində qadın aktrisa olmağın çətinlikləri haqqında deyəcəyim çox şey var. Bu sahədə gördüyünüz işdən çox fiziki görünüşünüzə üstünlük verilir. Geyiminiz, çəkiniz, gözəlliklə bağlı sirləriniz kimi mövzulardan daha çox danışılır, nəinki işinizdən. Sektorda bu məsələlərlə bağlı maarifləndirmə artsa da, çatışmayan məqamlar az deyil. İndi hər kəs üzərinə düşəni etməlidir. Qadınların yalnız fiziki parametrlərinə görə önə çəkilməsinə, yaxud tənqid edilməsinə üstünlük verilməməli, hər kəs öz istedadı, səyi və arzuları ilə ön plana çıxmalıdır” , - aktrisa qeyd edib.
Aktrisa peşəsinin mənfi tərəflərini belə izah edib: “Hər kəs çəkinmədən, icazə almadan rahatlıqla sənin şəklini çəkib sosial şəbəkədə paylaşa bilər. Bu, mənə hörmətsizlik kimi görünür”.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)



























