Magazin1
İvan Urqantı Basta əvəzləyəcək
“Urqantlı Axşam” (Вечерний Ургант) şousunun yeni aparıcısı məşhur reper Basta ola bilər.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artist bu barədə yutubda yayımlanan “MC TAXI” şousunun son buraxılışında danışıb.
“ “Urqantlı Axşam” şousunun aparıcısı rolunu sınayıram, hər şeyin necə getdiyini zamanla görəcəyik” , - musiqiçi bildirib.
Onun zarafat edib-etmədiyi hələ aydın deyil, təfərrüatları açıqlamayıb.
Məlumat üçün bildirək ki, “Urqantlı Axşam” şousu fevralın sonundan bəri heç efirə getməyib. Birinci kanalın mətbuat xidmətinin rəsmi versiyasına görə, veriliş ictimai-siyasi duruma görə yayımlanmır. Lakin o da iddia olunur ki, verilişin bağlanmasının əsas səbəbi Urqantın Rusiyanın Ukraynaya hücumunu dəstəkləməməsi və bu barədə verilişdə danışması olub. Sosial şəbəkələrdə onun Rusiyada daşınmaz əmlaklarını satdığı, hətta xaricdə konsertlər verməyə hazırlaşdığı barədə şayiələr yayılıb. Şoumenin özü isə bütün bunları təkzib edib.
“Əminəm ki, düşüncəli və diqqətli insanlar buna inanmırlar, çünki bu, cəfəngiyyatdır”, - teleaparıcı teleqram kanalında bildirib.
Rusiya Federasiyasının Ukraynada hərbi xüsusi əməliyyatı başlayandan sonra bir çox sənətkar, o cümlədən, Maksim Qalkin Rusiyanı tərk edib. “Bu gecə” şousunda onu proqramın yeni aparıcısı Nikolay Tsiskaridze əvəz edir.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı






























.jpg)

